Törəmə Şirkətin Yaradılması ilə Qaydalara Uyğunlaşma
Bir çox hallarda təbii inhisar subyekti həm inhisar sahəsində, həm də rəqabətli bazarlarda fəaliyyət göstərmək istəyir. Lakin təbii inhisar subyekti statusuna görə onun rəqabətli bazardakı demək olar ki hər bir addımı 39.2-ci maddənin sərt tənzimləməsinə məruz qalır (bu barədə daha ətraflı)
Bu inzibati yükdən qurtulmaq üçün təbii inhisar subyektləri Rəqabət orqanından razılıq alaraq sırf “təbii inhisar” fəaliyyətini yeni yaradacağı “törəmə şirkətə” ötürə bilər. Yəni “A” MMC təbii inhisar subyektidir, “B” MMC adlı törəmə şirkəti yaradır, özünün təbii inhisar fəaliyyətini ötürür “B” MMC-yə.
Nəticədə:
- Sərt dövlət nəzarəti və məhdudiyyətlər yalnız bu yeni törəmə şirkətə şamil olunur.
- Əsas subyekt (“A” MMC) isə digər rəqabətli sahələrdə azad bazar iştirakçısı kimi sərbəst və operativ fəaliyyət göstərməyə davam edir.
Təbii İnhisar Subyekti Statusunun Aradan Qalxması və Siyahıdan Çıxarılma
Zamanla texnoloji inkişaf və ya bazara yeni iştirakçıların daxil olması nəticəsində təbii inhisar halı aradan qalxa bilər. Rəqabət Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, rəqabət şəraitində fəaliyyət göstərən subyektlər təbii inhisar subyekti hesab edilmir və təbii inhisar subyektlərinin siyahısından çıxarılana qədər onlara Məcəllənin 37-41-ci maddələri tətbiq edilmir. Daha sadə dildə izah etsək, təbii inhisar fəaliyyətində alternativ subyektlər fəaliyyətə başladıqda, mövcud təbii inhisar subyekti hüquqi olaraq təbii inhisar statusunu itirir. Təbii inhisar subyektlərinin yekun rəsmi siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Lakin siyahıdan çıxarılma barədə Nazirlər Kaboneti rəsmi qərar qəbul edənə qədər Məcəllənin təbii inhisarlara aid maddələri həmin subyektə tətbiq edilmir.
Praktikada belə olur ki, rəqabət orqanı müvafiq sahədə rəqabət mühitinin yarandığını təsdiqləyərsə, təbii inhisar subyektinə rəsmi məktub göndərir. Bu məktub təsdiq edir ki, həmin subyekt təbii inhisarlar siyahısından çıxarılana qədər təbii inhisarlarla bağlı tənzimləmələri artıq ona şamil edilməyəcək.
09.02 – Praktiki Tətbiq, Hüquqi Kolliziyalar və Məsuliyyət
Son Hüquqi Xəbərlər ☰ Giriş Rəqabət qanunvericiliyinin ən maraqlı tərəflərindən biri Rəqabət Məcəlləsində (bundan sonra…
09.01 – Təbii İnhisar Subyektləri Necə Tənzimlənir?
Son Hüquqi Xəbərlər ☰ Giriş Təbii inhisar subyektləri üzərində dövlət nəzarətini Antiinhisar və İstehlak Bazarına…
09 – Təbii İnhisarlar: Yaranma Səbəbləri, Tənzimlənmə Mexanizmləri
Son Hüquqi Xəbərlər ☰ Giriş Təbii inhisarlar iqtisadiyyatın elə bir spesifik sahəsidir ki, burada sərbəst…
