02 – İqtisadi mənfəət nədir?

You are currently viewing 02 – İqtisadi mənfəət nədir?

İqtisadi mənfəət nədir, mühasibat mənfəəti ilə fərqləri və rəqabət hüququnda rolu nədən ibarətdir ?

Giriş

Təsərrüfat subyektlərinin maliyyə hesabatlarında mənfəətli görünmələri onların iqtisadi baxımdan, həqiqətən, uğurlu olduqlarını göstərmir. Çünki mühasibat mənfəəti təsərrüfat subyektinin cari maliyyə nəticələrini əks etdirir, lakin iqtisadi mənfəət daha geniş analiz aparmağa imkan verir.

Xüsusilə rəqabət hüququ və strateji idarəetmə sahələrində iqtisadi mənfəət anlayışı bazar gücünün və davamlı üstünlüyün qiymətləndirilməsində əsas rol oynayır.

Mühasibat mənfəəti nədir?

Satışdan əldə edilən gəlirdən aşkar xərclərin çıxılması ilə mühasibat mənfəəti hesablanır.

Düstur: İqtisadi mənfəət = Gəlir – Aşkar xərclər

Aşkar xərclərə daxildir:

  • Əməkhaqları;
  • İcarə və kommunal ödənişlər;
  • İstehsal və xammal xərcləri;
  • Vergilər.

Mühasibat mənfəəti harada istifadə edilir ?

  • Maliyyə hesabatları;
  • Vergi uçotu;
  • Qısamüddətli performans ölçümü.

İqtisadi mənfəət anlayışı

İqtisadi mənfəətin hesablanması zamanı həm aşkar, həm də alternativ xərclər nəzərə alır.

Düstur: İqtisadi mənfəət = Gəlir – (Aşkar xərclər + Alternativ xərclər)

Alternativ xərc — bir fəaliyyət üçün imtina edilən ən yaxşı alternativ qazancdır. Bu xərc mühasibat uçotunda görünmür, lakin iqtisadi analiz üçün həlledicidir.

Nümunə:

Təsəvvür edək ki, bir torpaq sahəsində taxıl əkərək 10,000 AZN mənfəət əldə edirsiniz, lakin eyni torpağı icarəyə verərək 11,000 AZN mənfəət əldə edə bilərdiniz (bu alternativ xərcdir). Bu halda biznesinizin mühasibat mənfəəti müsbətdir. Lakin iqtisadi mənfəət –1,000 AZN-dır. Bu, iqtisadi baxımdan zərər deməkdir.

Mühasibat mənfəəti və iqtisadi mənfəət arasındakı fərq nədir ?

Əsas fərq onların ölçdüyü perspektivdədir.

  • Mühasibat mənfəəti → keçmiş nəticələri ölçür;
  • İqtisadi mənfəət → gələcək qərarları istiqamətləndirir.

İqtisadi mənfəət nə zaman əhəmiyyətlidir ?

  • investisiya qərarlarında;
  • bazara giriş və çıxış strategiyalarında;
  • resurs bölgüsündə.

Rəqabət hüququ baxımından iqtisadi mənfəət

Təsərrüfat subyektlərinin davamlı iqtisadi mənfəət əldə etməsi rəqabət hüququnda həmin subyektin bazar gücünün göstəricisidir.

İqtisadi mənfəət xüsusilə aşağıdakı hallarda istifadə olunur:

  • hökmran mövqenin müəyyən edilməsi;
  • bazar strukturunun analizi;
  • rəqabəti məhdudlaşdıran davranışların araşdırılması.

Uzunmüddətli dövr ərzində rəqabətli bazarda təsərrüfat subyektlərinin iqtisadi mənfəəti sıfıra bərabər olur. Bu vəziyyət bazarın səmərəli işlədiyini göstərir.

Nəticə

Mühasibat mənfəəti təsərrüfat subyektinin maliyyə vəziyyətini göstərsə də, onun real iqtisadi performansını əks etdirmir. İqtisadi mənfəət isə həm qazancı, həm də itirilmiş imkanları nəzərə alaraq daha düzgün qərarverməyə imkan yaradır.

❓ Tez-tez verilən suallar

İqtisadi mənfəət nə üçün vacibdir ?

Çünki alternativ xərcləri nəzərə alaraq biznesin real dəyərini göstərir.

Mühasibat mənfəəti müsbət olub iqtisadi mənfəət mənfi ola bilərmi ?

Bəli. Alternativ gəlir imkanları daha yüksəkdirsə, iqtisadi mənfəət mənfi olur.

Rəqabət hüququnda hansı mənfəət əsasdır ?

İqtisadi mənfəət.