Giriş
Bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi rəqabətdir. Rəqabət olan yerdə təsərrüfat subyektləri müştərini cəlb etmək üçün qiymətləri optimallaşdırır, keyfiyyəti artırır və innovasiyalar tətbiq edirlər. Lakin bəzən təsərrüfat subyektləri bazar payı uğrunda mübarizə aparmaq əvəzinə, daha asan yolla yüksək mənfəət əldə etmək üçün gizli şəkildə sövdələşməyə qərar verirlər. Məhz bu gizli və qanunsuz birliyə kartel deyilir. Bu yazıda rəqabət hüququnda kartelin nə olması, onun növləri və rəqabət üçün təhlükəsi barədə danışacağıq.
Rəqabət Hüququnda Kartel Nədir?
Sadə dildə desək, kartel — eyni bazarda fəaliyyət göstərən rəqiblərin bir-biri ilə rəqabət aparmaq əvəzinə, ümumi mənfəətlərini maksimallaşdırmaq üçün ortaq qiymət, istehsal həcmi və ya bazar bölgüsü barədə gizli razılaşmaya gəlməsidir.
Hüquqi dildə kartellər “rəqabəti məhdudlaşdıran üfüqi sazişlərin” ən ağır və ən təhlükəli forması hesab olunur. Kartellər adətən yazılı müqavilə ilə deyil, şifahi, gizli görüşlər və ya “centlmen razılaşmaları” formasında həyata keçirilir.
Hüquqi istisna:
Nəzəriyyədə kartel yalnız “üfüqi saziş” hesab edilsə də, Rəqabət Məcəlləsi çox mühüm bir istisnanı vurğulayır. Məcəllənin 11.3-cü maddəsinə əsasən, əgər iki rəqib təsərrüfat subyekti bir-biri ilə “şaquli” müqavilə bağlayarsa (məsələn, bir rəqib digərinin məhsulunu satmaq üçün distribütor olarsa), bu cür şaquli sazişlərə də məhz kartellərə (üfüqi sazişlərə) tətbqi edilən daha sərt qadağalar şamil edilir.
Kartellərin Əsas Növləri
Rəqabət hüququnda kartellərin bazara necə təsir etdiyindən asılı olaraq bir neçə klassik növü fərqləndirilir:
- Qiymət Karteli: Ən çox yayılmış kartel növüdür. Rəqiblər məhsul və ya xidmətlərin qiymətini eyni səviyyədə saxlamaq, endirimləri ləğv etmək və ya eyni vaxtda qiymət artımı etmək barədə razılaşırlar. Nəticədə müştərilər süni şəkildə şişirdilmiş inhisar qiymətləri ilə məhsul almağa məcbur olur.
- Bazarın Bölüşdürülməsi: Bu halda rəqiblər bazarı coğrafi ərazilərə və ya müştəri qruplarına görə öz aralarında bölürlər. Məsələn, iki böyük təsərrüfat subyekti razılaşır ki, biri şimal bölgəsində məhsul satacaq, digəri cənub bölgəsində. Bir digərinin müştərilərinə təklif göndərməyəcək. Nəticədə hər bölgədə faktiki inhisar yaranır və müştərinin seçim hüququ əlindən alınır.
- İstehsalın və ya Satışın: Məhdudlaşdırılması
İqtisadiyyatın təməl qanununa görə, təklif azalanda qiymət qalxır. Təsərrüfat subyektləri bilərəkdən istehsal həcmini azaltmaq və ya bazara çıxarılan məhsulun miqdarına kvota tətbiq etmək barədə razılaşırlar. Süni yaradılmış qıtlıq fonunda məhsulun qiyməti kəskin artır. - Tender Kartelləri: Dövlət satınalmalarında və ya özəl tenderlərdə iştirak edən rəqiblərin əvvəlcədən kimin qalib gələcəyini təyin etməsi prosesidir. Qalib gəlməsi razılaşdırılan təsərrüfat subyekti yüksək qiymət təklif edir, digərləri isə şübhə yaratmamaq üçün bilərəkdən ondan da yüksək qiymətlər təqdim edirlər (və ya tenderdə iştirakdan geri çəkilirlər). Bu növ birbaşa müştəriyə ziyan vurur.
- Alıcı Karteli: Çox vaxt unudulan, lakin təhlükəli növlərdən biridir. Burada satıcılar deyil, bazardakı əsas böyük alıcılar (məsələn, xammal alan fabriklər və ya kənd təsərrüfatı məhsullarını toplayan vasitəçilər) birləşir. Onlar razılaşırlar ki, təchizatçılardan məhsulu çox aşağı qiymətə alacaqlar. Bu, kiçik istehsalçıları və təchizatçıları müflis edə bilir.
Nəticə:
Kartellər azad bazarın parazitləri hesab olunur. Onlar süni şəkildə qiymətləri qaldırır, keyfiyyəti aşağı salır və bazara yeni, innovativ təsərrüfat subyektlərinin daxil olmasının qarşısını alırlar. Məhz bu səbəbdən müasir rəqabət hüququnda kartellərə qarşı “per se” prinsipi tətbiq edilir.
02 – United States v. Apple Inc.
Son Hüquqi Xəbərlər ☰ İşin halları: 2010-cu ilə qədər ABŞ e-kitab bazarında Amazon təxminən 90%-ə yaxın payla hökmran…
04 – Rəqabəti Məhdudlaşdıran Sazişlər
Son Hüquqi Xəbərlər ☰ Rəqabəti Məhdudlaşdıran Sazişlər: Yeni Başlayanlar üçün Hüquqi və İqtisadi Baxış Rəqabət hüququ bazar iqtisadiyyatının…
04.01 – Rəqabəti məhdudlaşdıran sazişlərin əsas növləri
Son Hüquqi Xəbərlər ☰ Rəqabəti məhdudlaşdıran sazişlərin əsas növləri: üfüqi və şaquli sazişlər Rəqabət hüququnda sazişlər tərəflərin bazardakı…
04.02 – Azəhəmiyyətli və İstisna Edilmiş Sazişlər
Son Hüquqi Xəbərlər ☰ İstisna Edilmiş və Azəhəmiyyətli Sazişlər ilə bağlı Rəqabət Məcəlləsi çərçivəsində hüquqi mexanizmlər Bundan əvvəlki…
04.03 – Rəqabət Orqanı Sazişləri Necə Araşdırır? Prosedur və Meyarlar
Son Hüquqi Xəbərlər ☰ Giriş Əvvəlki yazılarda üfüqi sazişlər, uyğunlaşdırılmış hərəkətlər, şaquli sazişlər, azəhəmiyyətli və istisna edilmiş sazişlər…
04.05 – Tender kartelləri
Son Hüquqi Xəbərlər ☰ Tenderlərdə Aldadılmamaq üçün Önəmli Məqamlar: Satınalan Təşkilatlar üçün Bələdçi Kartellər yalnız qiymətlərin birbaşa qaldırılması…
