Bu səhifədə rəqabət hüququnun fundamental anlayışları sistemli və izahlı şəkildə təqdim olunur. Müvafiq bazarın müəyyən edilməsi, bazar payı, hökmran mövqe, haqsız rəqabət, şaquli və üfüqi sazişlər, təmərküzləşmələr, təbii inhisarların tənzimlənməsi, rəqabət orqanının apardığı dövlət nəzarət tədbirləri, rəqabət komissiyasının yaradılması və komissiya tərəfindən işə baxılması, sanksiyaların hesablanması kimi əsas anlayışlar həm hüquqi, həm də iqtisadi baxımdan izah edilir. Məqsəd rəqabət qanunvericiliyinin məntiqini anlamaq və onun praktik tətbiqi üçün möhkəm nəzəri baza formalaşdırmaqdır.

Bu səhifədə yer alan məqalələr rəqabət hüququna yeni başlayanlar üçün əsas bilik mənbəyi, təcrübəçi hüquqşünaslar və şirkət nümayəndələri üçün isə etibarlı istinad nöqtəsi kimi nəzərdə tutulmuşdur. Fundamental anlayışların düzgün başa düşülməsi rəqabət hüququ üzrə aparılan bütün hüquqi və iqtisadi təhlillərin başlanğıc nöqtəsidir.


1 2